Sosİal
Azərbaycanda ikinci əl avtomobillərin qiyməti ARTDI
“Oktyabr ayında ötən aya nisbətən Azərbaycanda ikinci əl avtomobillərə tələb artıb”.
Tanınmışlar sosial şəbəkələrdə - “Bu qədər troll ordusu hardan yaranıb?”
Uzun zamandır ki, insanlar virtual həyatlarını sosial şəbəkələrdə yaşayırlar. Burada problemlərini, sevinclərini bölüşür, hansısa məsələni müzakirə edir və hətta rəsmi qurumlara elə buradanca müraciət ünvanlayırlar. İstifadəçilərin bir çoxu son illər sosial şəbəkələrdə bayağılaşmadan şikayət edirlər. İndi artıq insanların qarşı tərəfin fikrinə hörmət etməkdə çətinlik çəkdiyini, başqalarını anlamaq, düşüncələrinə hörmət etmək istədiklərini bildirirlər. Modern.az cəmiyyətin aktiv sosial şəbəkə istifadəçilərindən olan tanınmışlara müraciət edib.
Səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumu qaldırılır
Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə dövlət rüsumları dəyişir.
Xaricdən özünə telefon gətirən şəxslərin nəzərinə
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşib.
Noyabr ayına olan hava proqnozu açıqlandı
Noyabr ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mal və quş əti, balıq, yumurta, süd və bal üçün yeni dövlət rüsumları müəyyənləşir
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına (1 müayinə üçün) görə dövlət rüsumları müəyyənləşir.
Avtomobil nömrələri üçün rüsumlar 500 manat qaldırılır
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması təklif edilir. Cia.az xəbər verir ki, bu barədə dəyişiklik “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb.
Zərgərlik məmulatlarına dair dövlət rüsumları 50 faizdən çox artırılır
Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri dəyişir. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nikahın qeydə alınması və pozulmasına görə olan rüsumlar artırılır
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir. Cia.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.
Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar artırılır
Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir.
Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, bu gündən noyabrın 2-dək ...- RƏSMİ
Noyabrın 2-ə gözlənilən hava şəraiti açıqlanıb.
Bakıdan rayonlara gedənlərin DİQQƏTİNƏ: Bu gündən...
Bu gündən rayonlara gedən sərnişinlərdən koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur.


