Sosİal
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanılıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb.
Operativ Qərargah toplaşır – Küçədə maskasız gəzmək və toy etmək qadağası gözlənilir?
Azərbaycanda koronavirusa yoluxanlar hələ də sağalanları üstələyir. Gündəlik ölüm sayı 20-30 arasındadır. Aktiv xəstə sayı 26 mindən çoxdur.
Azərbaycan hotellərində gecələmələrin sayı kəskin artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3% artaraq 1 340,6 min olub. Cia.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Əməkdar artist cərrahi əməliyyata alınıb
Əməkdar artist Elizbar Osmanovu maşın vurub. Cia.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.
“Xəyal Adaları” yaşayış kompleksində suvaq işləri görən usta yıxılıb öldü
Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişov işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölüb. Prokurorluqdan "Cia.az-a verilən məlumata görə, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb.
Piyadalara yol verməyən sürücülərə xəbərdarlıq
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyadalara yol verməyən sürücülərə xəbərdarlıq edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Cia.az açıqlamasında bildirib ki, aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur.
Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxıldı - FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində tədbir keçirilib. Bu barədə Cia.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bakıda ən çox yoluxma bu rayondadır
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Sərnişinlərin “BakıKart” probleminə Agentlikdən CAVAB
Paytaxt sakinləri “BakıKart” terminallarının azlığından şikayət edirlər. Sakinlər tərəfindən Cia.az daxil olan müraciətdə qeyd olunub ki, ölkədə əksər marşrutların kart sisteminə keçməsinə baxmayaraq, dayanacaqlarda ödəniş terminalları demək olar ki, mövcud deyil: “Bayıldan “İçərişəhər” metro stansiyasına piyada getməli oluruq. Məsələ ilə bağlı müraciət etmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmır”.
2022-ci il üçün ehtiyac meyarının həddi artırılır
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır. Cia.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ehtiyac meyarının həddi 200 manata çatdırılıb .
İşğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri tətbiq oluna bilər
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılır.
Premium mənzillər üçün ipoteka şərtlərində - Yenilik
Öz şəxsi evinə sahib olmaq bir çox insanlar üçün böyük və vacib məqsədlərdən biridir. Ancaq gözəl görünüşü, əlverişli yerləşməsi, infrastrukturu və bir çox digər üstünlükləri ilə seçilən bir ev almaq o qədər də asan deyil. Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkətlərindən biri olan “PMD Group” insanların xəyallarını daha da əlçatan etmək üçün yenilənmiş, daha uyğun və sərfəli satış şərtləri təqdim edir. Yeni şərtlərə əsasən, komplekslərdə mənzillərə artıq 20 deyil, 22 ilə qədər ipoteka krediti ilə sahib ola bilərsiniz. Üstəlik, mənzilləri 30% yox, sadəcə 20% ilkin ödəniş etməklə, illik faiz dərəcəsi olaraq isə 10% deyil, 8%-dən başlayan ipoteka şərtləri ilə əldə etmək mümkündür.
“Apple Watch Series 7” artıq satışda - FOTOLAR
Oktyabrın 22-də Azərbaycanda “Apple Watch Series 7” saatlarının rəsmi satışına start verilib. “Apple” saatlarının yeni modeli genişləndirilmiş displey, zərbəyə qarşı daha yüksək davamlılıq, super qısa müddətə enerji yığma bacarığı və digər üstünlüklərə malikdir.
İbtidai sinif müəllimlərinə pensiya yaşında güzəşt olunacaq? - Rəsmi cavab
Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya güzəştləri nəzərdə tutulmayıb. Cia.az məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.


