banner
banner

Sosİal

Astarada ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd təşkil olunub

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİQQƏT! Bu gecədən qüvvəyə minəcək qadağaların SİYAHISI

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyəti bərpa edilir.

“1-2 kvadrata görə şəhid ailələrini narazı salmaq olmaz”

“Bəzi şəhidlərimizin ailələri övladlarının ali məktəbi bitirmək haqqında diplomunu ala bilmirlər. Çünki mövcud qanuna əsasən imtahanları bitirənlər diplom ala bilir. Onlar isə bu imtahanı səngərdə veriblər”. Cia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Aydın Mirzəzadə deyib.

Oktyabrın ilk gününə olan hava proqnozu

Azərbaycanda oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Quru Qoşunları Komandanlığının Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başladı

Quru Qoşunları Komandanlığının bilavasitə tabeliyində olan qüvvə və vasitələrinin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.

“Azəriqaz” və “Azərişıq” üçün yeni tələb müəyyən olunub

Nazirlər Kabinetinin “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 31 may 1999-cu il və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli qərarlarında dəyişiklik edib.

“Soyuq əllər, isti ürək” yenidən keçiriləcək

“Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yenidən baş tutacaq. Cia.az xəbər verir ki, bu barədə fond instaqramda bildirib.