banner
banner

Sosİal

“Dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik”

“Ölkədə ən ciddi problemlərdən biri din üzərindən ölkəyə yayılan casusluq məsələsidir. Bizim bəzi qurumlarımızın məsuliyyətsizliyi üzündən böyük təhlükə yaranıb. Azərbaycan dövlətinə nə şimaldan, nə cənubdan zorakılıq göstərmək gücünə sahibdirlər. Amma Azərbaycanda 5-ci kolon kifayət qədər güclüdür”.

Çoxuşaqlı atalar bu sənədlərlə müavinət alacaq - Qərar

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilib. Cia.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraiti oktyabrın 1-dək davam edəcək. Cia.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir.

Vəzifəli şəxslərin 259 minlik korrupsiya əməli üzə çıxdı

Bələdiyyə işçilərinin 259 min manatlıq korrupsiya əməlinin üstü açılıb. Bu barədə Cia.az-a Yevlax rayon prokurorluğundan bildirilib. Belə ki, Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Proaktiv qaydada pensiya təyinatı aparılan şəxslərin sayı açıqlanıb

Bu ilin yanvar–avqust ayları ərzində 17 813 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə Cia.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Qeyd edilib ki, onların 59,2%-ni kişilər, 40,8%-ni isə qadınlar təşkil edib.

“YAŞAT” Fondu tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı təsis edib

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.

Nicat Nəsirli vəfat etdi

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin sabiq şöbə müdiri Nicat Nəsirli vəfat edib. Cia.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Şəmkirdə yol qəzasında yaralanan sərnişinlərdən biri ölüb

Şəmkirdə baş verən zəncirvari qəzada xəsarət alan sərnişinlərdən biri xəstəxanada ölüb. Cia.az-ın məlumatına görə, 1964-cü il təvəllüdlü Namazova Maya həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.