banner
banner

Sosİal

Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib. Seçiciləri, şəhid ailələrini və şəhər sakinlərini qəbul edən millət vəkili, onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi 2021-ci il yanvarın 26-dan fevralın 7-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.

Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq

Artıq həyat yavaş-yavaş öz məcrasına qayıtmaq üzrədir və ümid edirik ki, koronavirusa yoluxmanın yenidən artması ilə üzləşməyəcəyik. Amma həyatın öz məcrasına qayıtması pandemiyadan əvvəlki bəzi problemləri də gündəlik yaşayışımıza qaytaracaq.