Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Artıq həyat yavaş-yavaş öz məcrasına qayıtmaq üzrədir və ümid edirik ki, koronavirusa yoluxmanın yenidən artması ilə üzləşməyəcəyik. Amma həyatın öz məcrasına qayıtması pandemiyadan əvvəlki bəzi problemləri də gündəlik yaşayışımıza qaytaracaq.
Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, həmin problemlərin həlli istiqamətində real addımlar atılmalıdır: "Problemlərdən biri də nəqliyyat sıxlığıdır. Hətta mən düşünürəm ki, yumşalmalar maksimum dərəcədə olsa, o cümlədən orta məktəblərdə, ali təhsil müəssisələrində tədris tam bərpa olunsa, ticarət şəbəkələri, iş yerləri, sosial həyatın bütün istiqamətləri bərpa olunsa, ilk dövrdə küçələrdəki gərginlik pandemiyadan əvvəlkindən daha artıq ola bilər.
Bunun səbəbi də çox sadədir. Pandemiya ilə bağlı sanitar-gigiyenik məsələlər tam həll edilsə də, cəmiyyətimizin psixologiyasında müəyyən dövrdə bir iz qalacaq. İnsanlar hələ xeyli müddət kütləvi topıaşmaqdan ehtiyat edəcək. Bu da ona gətirib çıxaracaq ki, ictimai nəqliyyata maraq pandemiyadan əvvəlki kimi olmayacaq. Yəni insanlar metroda, avtobusda sıx hərəkətdən çəkinəcəklər. Nəticədə isə yollarda fərdi nəqliyyat vasitələrindən, taksilərdən istifadə çoxalacaq və s”.
Ə.Hüseynov bildirib ki, bunları proqnozlaşdıraraq müvafiq tədbirlər həyata keçirilməlidir: "Piyada infrastrukturunu yaxşılaşdırmaq, velosipeddən istifadəni populyarlaşdırmaq, piyada hərəkətinə üstünlük verilməsini təbliğ etmək, ictimai nəqliyyatı mükəmməlləşdirmək və s kimi təbirlərin həyata keçirilməsi məqsədəuyğundur".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.