banner
banner

Dünya

Obamanın qardaşı Trampa səs verəcək

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı noyabr ayındakı keçriləcək prezident seçkilərdə respublikaçıları dəstəkləyəcəyini açıqlayıb.

BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başa çatıb

Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiya başa çatıb. APA-nın məlumatına görə, bu il Baş Assambleyanın sessiyasında 130 dövlət və hökumət başçısı, 50-dək XİN rəhbəri səfər edib. BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də Suriya böhranı diqqət mərkəzində olub. Xatırladaq ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Səfər çərçivəsində xarici işlər naziri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edib. Sessiya çərçivəsində keçirilən bir sıra toplantı və iclaslarda iştirak edib, ikitərəfli görüşlər keçirib.

Nazir 1 milyard cərimələndi

Tailandın keçmiş baş naziri öz səlahiyyətlərinin yerinə yetirilməsində yol verdiyi səhlənkarlığa görə cərimələnib.