banner
banner

Dünya

Bu ştat ABŞ-dan ayrılır

Bu ştat ABŞ-dan ayrılır
Kaliforniya ştatının ABŞ-dan ayrılması üçün referendum təşkil etməyi planlaşdırırıq.
 
Axar.az xəbər verir ki, bunu “Yes Kaliforniya” hərəkatının lideri Luis Marinelli  Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransından sonra jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, ştat sakinləri bu məsələyə olduqca müsbət yanaşır:
 
“Kampaniyamız “ABŞ-ın xarici siyasəti olmadan da yaşaya bilərik” açıqlamasından sonra başladılmışdı. Müstəqil ölkə ola bilərik. ABŞ-ın təcavüzkar siyasətinə qatılmaq əvəzinə müdafiə xərclərini azaldıb, əhalinin rifah şəraitini yüksəltmək istəyirik”.
 
Qeyd edək ki, Marinelli referenduma görə Rusiyanın dəstəyinə güvəndiyini də açıqlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.