Dünya
Çin iş adamlarının olduğu avtomobilə hücum: ölənlər var
Pakistanın Bəlucistan əyalətinin Qvadar liman şəhərində terrorçuların Çin iş adamlarının maşın karvanına hücumu nəticəsində iki uşaq həlak olub. Terror aktı nəticəsində bir neçə nəfər yaralanıb.
Almaniyada rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb
Almaniyada yeddi günlük koronavirusa yoluxma əmsalı bu gün 51,6 təşkil edərək, üç aylıq rekordu qırıb.
Tramp: "ABŞ ordusu Əfqanıstanda təslim oldu"
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Əfqanıstanda Amerika əsgərlərinin çıxarılması deyil, kapitulyasiyası baş verib
Avro-2020-nin finalı COVID-19-a ən yoluxucu gün olub
Təxminən 2295 nəfər koronavirusa yoluxmuş insan iyulun 11-də Londonda keçirilən futbol üzrə Avropa Çempionatının final oyununda iştirak edib.
Makron və Paşinyan regiondakı vəziyyəti müzakirə etdilər
Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb. Erməni KİV-ləri yazır ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
Avstriya vətəndaşlarının Əfqanıstandan təxliyəsinə başlayıb
Avstriya Əfqanıstandakı vətəndaşlarının və həmçinin Avstriyada daimi yaşayış icazəsi olan əfqanların təxliyəsinə başlayıb.
İranda ötən sutkada 555 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 28 833 nəfər koronavirusa yoluxub, 555 nəfər ölüb.
Britaniya koronavirusdan müalicə üçün Ronapreve preparatını təsdiqləyib
Böyük Britaniyanın dərman vasitələrinə və tibbi təyinatlı məmulatlara nəzarət üzrə agentliyi koronavirusun profilaktikası və müalicəsi üçün nəzərdə tutulan Ronapreve preparatını təsdiqləyib.
Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün rekord məbləğdə büdcə planlaşdırır
Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün 5,4 trilyon yen (49,1 milyard dollar) məbləğdə büdcə planlaşdırır.
Malayziya parlamenti baş nazir vəzifəsinə İsmail Sabri Yakobun namizədliyini dəstəkləyir
Malayziya parlamentinin aşağı palatasının üzvlərinin əksəriyyəti ölkənin Ali hökmdarı - kral Abdulla Riayyatuddin Əl-Mustafa Billaha baş nazir vəzifəsinə İsmail Sabri Yakobun namizədliyini təsdiqlədiklərini bildiriblər.
NATO-Rusiya münasibətləri kəskinləşir: Rus gəmiləri limana buraxılmadı
İspaniya Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib. Azvision.az xəbər verir ki, bu barədə "Pais" qəzeti məlumat yayıb.


