Dünya
Prezident restorana buraxılmadı
Braziliya Prezidenti Jair Bolsonaru Nyu-York şəhərində restorana buraxılmayıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Rusiya baş nazirinin müavini: “Bakı, Moskva və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır”
Azərbaycan, Rusiya və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında qərarlıdır.
Paşinyan: “Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”
Ermənistan regional kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır”. Cia.az TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüş zamanı deyib.
99% “Vahid Rusiya” qalibdir
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Dövlət Dumasına keçirilən seçkilərdə protokolların 99 faizini sayıb. Cia.az-ın xəbərinə görə, MSK-nın açıqladığı nəticələrə əsasən, hakim “Vahid Rusiya” Partiyası 49,82 faiz səslə qalib gəlib.
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perm Dövlət Universitetində baş vermiş silahlı insidentlə əlaqədar olaraq Rusiyaya başsağlığı verib. Cia.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.
“Nyu-York Tayms”: Təbliğat Putini necə hakimiyyətdə saxlayır
Sentyabrın 17-19-u Rusiyada Dövlət Dumasına keçirilən seçkinin ilkin rəsmi nəticələri hakim Vahid Rusiya Partiyasının qələbəsindən xəbər verir. Dumanın 225 deputatının seçildiyi proporsional sistem üzrə mübarizəni 14 partiya aparıb. İlkin nəticələrə görə, Vahid Rusiya Partiyası 49% səslə liderdir. Majoritar sistemdə isə 225 dairənin 195-də Vahid Rusiya Partiyası önə çıxıb.
Polşa-Belarus sərhədində dörd miqrantın cəsədi aşkarlanıb
Polşanın Belarusla həmsərhəd regionunda üç nəfərin cəsədi aşkarlanıb.
Putin özünü əla hiss edir
“Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.Cia.az-a verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Ərdoğanın müəllifi olduğu kitab ictimaiyyətə təqdim olunub - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabının ABŞ-da təqdimat mərasimi olub. Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın müəllifi olduğu “Daha ədalətli bir dünya mümkündür” adlı kitab “The Manhattan center”də ictimaiyyətə təqdim olunub.
Koronavirusla bağlı yeni karantin qaydaları qüvvəyə minib.
Ukraynada bu gündən etibarən koronavirusla bağlı yeni karantin qaydaları qüvvəyə minib. Cia.az xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. Bildirilir ki, sentyabrın 20-dən etibarən Ukraynada “sarı” və “yaşıl” COVID sertifikatlar tətbiq olunmağa başlayıb. Belə ki, bu ölkədə sözügedən sertifikatlar vətəndaşın vaksinasiya olunduğuna dəlalət edir.
Həmyerlimiz ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb - VİDEO
Həmyerlimiz Ramin Məmmədov Şimali Karolinadan ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb. Cia.az xəbər verir ki, Ramin Məmmədov Miçiqan ştatının Oakland İcma Kollecində təhsil alıb, Miçiqan Dövlət Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər ixtisasını bitirib. Karyerasına informasiya texnologiyaları sahəsindən başlayan soydaşımız 15 il öncə Şimali Karolina ştatına köçüb.
Lavrovla Şoyqu deputat mandatlarından imtina edəcək
Rusiyanın xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu öz deputat mandatlarından imtina edəcəklər. Cia.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “İnterfaks” yayıb. Bildirilir ki, nazirlər təmsil etdikləri “Vahid Rusiya” partiyasının parlament seçkilərində qalib gəlməsindən sonra güman ki Dövlət Dumasında deputat mandatlarından imtina edəcəklər.
Ermənistan Türkiyə ilə təmaslara başlamağa hazır olduğunu bəyan edib
Ermənistan hökuməti Türkiyə ilə təmaslara başlamağa hazırdır. Cia.az-ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan TASS-a açıqlamasında bildirib.
Ermənistanda COVID-19-dan ölənlərin sayı 5143 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 342 yoluxma halı qeydə alınıb. Cia.az-ın xəbərinə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 253 942 nəfərə çatıb.
İsveçrə də Fransanı “aldatdı”: Paris daha bir iri sifarişdən məhrum oldu
İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş ləğv edilib. Buna səbəb Bernin fransız deyil, ABŞ təyyarələrini tərcih etməsi olub.
ABŞ yoxsul ölkələr üçün 500 milyon doza vaksin alacaq
ABŞ hökuməti yoxsul ölkələrə paylamaq məqsədilə koronavirusa qarşı vaksin alacaq. Hazırda müvafiq məsələ ilə bağlı “Pfizer” şirkətilə danışıqlar aparılır.


