banner
banner

Dünya

Priqojin ölən gün bu baş verdi - Ponomaryov

Rusiya müdafiə naziri Sergey Şoyqunun "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Qətl Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.

Medvedev Gürcüstanla bağlı qərarından danışdı

Cia.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın eks-prezidenti, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev separatçı Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliklərinin tanınmasını Qafqazda sülhü təmin edəcək qərar adlandırıb. O, adları çəkilən separatçı qurumların qondarma rəhbərləri Aslan Bjaniya və Alan Qaqlov ilə görüşdə Rusiyanın 15 il əvvəl Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliklərini tanımasını “çətin, lakin Qafqazda sülhü təmin edən qərar” adlandırıb.

Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: sərnişin təyyarəsinə...

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Dağıstanda 3 günlük matəm elan olundu

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.

Moskva ətrafında böyük partlayış

Cia.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Zaqorsk optik-mexanika zavodunda partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti idarəsi məlumat verib. Partlayış dalğası nəticəsində ətrafdakı binaların şüşələri sınıb. 40 nəfərdən artıq insan zərər çəkib. Partlayışın səbəbi bəlli deyil.

Avqustun 7-si Gürcüstanda matəm günü olacaq

Cia.az gürcü mətbuatına istinadla xəbər verir ki, dağ kurortunda baş vermiş təbbi fəlakət – sürüşmə zamanı insanların həlak olması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni ölkədə matəm günü elan edib.