banner
banner

Dünya

Ramzan Kadırov hazırda haradadır?

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi və hətta dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Dünən isə Kadırov öz teleqram kanalında video paylaşaraq sözügedən məlumatlarla təkzib edib. Videonun Qroznı şəhərində çəkildiyi iddia olunur.

Ukrayna Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏ vurdu - SON DƏQİQƏ

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 266 900 hərbçisini zərərsizləşdirib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 4 506 tank, 8 703 zirehli maşın, 5 722 artilleriya sistemi, 753 reaktiv yaylım atəşi sistemi, 506 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 541 PUA, 1 455 qanadlı raket, 19 gəmi/qayıq, 8 217 avtomobil texnikası və avtosistern, 859 xüsusi texnikası sıradan çıxarılıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. Musavat.com

Priqojinin məzarını oxşarının həyat yoldaşı ziyarət edib

Cia.az xəbər verir ki, “Baza” nəşrinin “Teleqram” kanalında irəli sürülən iddiaya görə, Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin dəfninin səhəri onun oxşarı Leonid Krasavinin həyat yoldaşı İrina Priqojinin qızı Polina ilə birlikdə məzarı ziyarət edib. Adamlar Priqojinin dul qadını Lyubov hesab etsələr də, yazının müəllifləri iddianı isbat eləmək üçün şəbəkədə yayılmış videodakı kadr ilə Priqojinin həyat yoldaşı və qızı Polina ilə çəkdirdiyi fotolarını yanaşı qoyaraq müqayisə ediblər.