İdman
Azərbaycan çempionatında “Zəfər turu”
2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad etdi. Cia.az xəbər verir ki, şanlı qələbədən sonra 8 Noyabr ölkədə “Zəfər Günü” olaraq təsis edilib.
Messi zədələnib
PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Lionel Messinin ölkə çempionatı çərçivəsində keçiriləcək “Lill”lə qarşılaşma öncəsi məşqə qatılmamasının səbəbini açıqlayıb. O, futbolçunun zədəli olduğunu bildirib.
Böyük Dəbilqədə 33 cüdoçumuz çıxış edəcək
Noyabrın 5-də Bakıda start götürəcək cüdo üzrə Böyük Dəbilqə üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Cia.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda təşkilatçı ölkə 33 (25 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunacaq.
“Araz” Çempionlar Liqasına məğlubiyyətlə başladı
Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb. Cia.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşmada komandamız meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. UEFA Çempionlar Liqası
Polşa mediası Mahirin gecə klubunda görüntüsünü yaydı - Foto
Azərbaycan millisinin hücumçusu, Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin spirtli içki ilə görüntüləri yayımlanıb. Cia.az “Polskatimes” nəşrinə istinadən xəbər verir ki, fotonu Arek adlı azarkeş tvitter hesabında paylaşıb. Bildirilib ki, Emreli komanda yoldaşı Abu Hanna ilə birlikdə gecə klubunda olub və foto avqust ayında çəkilib.
Ronaldonun malikanəsinin qanunsuz yerləri söküləcək
Kriştianu Ronaldonun Portuqaliyadakı malikənəsinin bəzi hissələri söküləcək. Cia.az xəbər verir ki, bu barədə Braqa şəhərinin meri Manuel Tibo açıqlama verib
İdmançıların qulağındakı "düşbərə"nin səbəbi nədir?
İdmanın döyüş növləri ilə məşğul olan idmançıların, xüsusilə də güləşçilərin qulaqlarının qəribə forması bir çoxlarında maraq doğurur. Fanat.Az döyüşçülərin qulaqlarının "düşbərə" forması almasının səbəbini araşdırıb.
“Barselona” Xavi ilə anlaşdı
Ronald Kumanla yollarını ayıran “Barselona” onun yerinə sabiq futbolçusu Xavini gətirəcək. Cia.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq Xavi ilə razılıq əldə edib.
“Qalatasaray” daha iki əcnəbini yola salır
Mövsümün əvvəlində heyətini gəncləşdirən “Qalatasaray” bu prosesi qış fasiləsində də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yanvarda daha iki futbolçunun yola salınması üçün danışıqlar aparacaq.
Ən ağır çəkili boksçumuz dünya çempionatında mübarizəyə qoşulur
Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında bu gün bir idmançımız mübarizəyə qoşulacaq. Cia.az-ın xəbərinə görə, bu, ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevdir.
“Araz” Çempionlar Liqasında ilk matçına çıxır
Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq. Cia.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gələcək. UEFA Çempionlar Liqası
Boksçumuz dünya çempionatının 1/8 finalında
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub. Cia.azxəbər verir ki, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb. +92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq.
Mahir Emreli start heyətdə
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu bu gün Polşa kubokunda növbəti görüşünə çıxacaq. Cia.az xəbər verir ki, Varşava təmsilçisi 1/16 finalda “Svit Skolvin” klubu ilə qarşılaşacaq.
Olimpiya mükafatçımız dünya çempionatında mübarizəyə qoşulur
Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında iki boksçumuz mübarizəyə qoşulacaq. Cia.az xəbər verir ki, bunlar I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və Tokio Olimpiadasının bürünc medalçısı, II Avropa Oyunlarının qalibi Loren Alfonso Dominqesdir. - 60 kq
Azərbaycanın üç hakiminə qızıl kart verildi - FOTO
Azərbaycanın 3 kikboksinq hakiminin beynəlxalq dərəcələri rəsmən təsdiqlənib. Cia.az xəbər verir ki, bu ay İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında iştirak etmiş 3 hakim Aydın Ağabəyov A, Məhəməd Babayev və Anar Məmmədov B dərəcəsi alıb.


