banner
banner

İdman

AFFA “Keşlə” klubunu Şamaxıya köçürdü - Adı dəyişir

Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" Futbol Klubu arasında müzakirə aparılıb. Cia.az xəbər verir ki, AFFA və "Keşlə" FK stadionla bağlı müzakirə aparıb Bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Millimiz Belçikaya qarşı

Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək. Cia.az xəbər verir ki, yığmamız Belçika ilə üz-üzə gələcək. Lüksemburqda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdmançımız Avropa çempionu oldu

Azərbaycan milli komandasının üzvü Fərid Ağayev (-75 kq) Almaniyanın Halle şəhərində Vado-Kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Mançester derbisində iki qol

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XI turun mərkəzi qarşılaşması keçirilib. Cia.az xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" klubu "Mançester Siti"ni qəbul edib.

Fərid Qayıbov bu gün FIG prezidenti seçilə bilər

Bu gün Türkiyənin Antalya şəhərində 83-cü Beynəlxalq Gimnastika Federasiyası (FIG) Konqresi çərçivəsində rəhbər vəzifələrə seçkilər keçiriləcək. Cia.az xəbər verir ki, bu barədə Türkiyə Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, tədbirdə 130 üzv federasiyadan 340-dan çox nümayəndə iştirak edəcək.

“Bu, ona minnətdarlıq borcum idi” - Mahir Emreli

“Uğurlu nəticəyə ümid edirdik. Qrup mərhələsinə yaxşı başladıq, lider idik. Amma “Napoli”nin gücü hamıya bəllidir. İtaliya çempionatında çox yaxşı çıxış edən komandaya qarşı oynadıq. Ağır matç oldu”. Bu sözləri “Legiya”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.