ETSN MMC-yə xəbərdarlıq etdi: Ceyranların məskunlaşdığı Acınohur düzənliyi ilə bağlı
Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin üçün istifadə edilməsi ilə bağlı ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə yenidən baxış keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən “Aqroinkişaf-2017” MMC-yə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.
Nazirliyin əməkdaşları tərəfindən bir daha şirkət nümayəndələrinə bildirilib ki, Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə təsərrüfat-tədqiqat işləri aparıldığı dövrdə ceyranların yaşam şəraitinə təsir göstərən amillərə riayət olunsun.
Ceyranların intensiv hərəkətinin qeydə alındığı Acınohur gölünün cənub və Mingəçevir su anbarının şimal hissəsində fermerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı ETSN-nin yerli qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.