Xəbər evrdiyimiz kimi, dünən aparıcı Murad Başoğlunun intihar xəbərləri yayılmıdı.
Axşam.az “Posta”ya istinadən məlumat verir ki, Murad bu barədə açıqlama verib: “Xəbəri oxuyan vaxt Nişantaşında idim. 14 yaşlı oğlum da bu barədə Bodrumda xəbər tutub. Ağlaya-ağlaya mənə və anasına zəng etdi. Ailəmə və mənə edilən bu vicdansızlığı özümə izah edə bilmirəm. Bunu etməyi necə bacarırlar? Mən intihar edəcək nəsə etməmişəm. İntihar barədə düşünsəm, bir il boyunca haqqımda yayılan xəbərlərdən sonra edərdim. Amma bacarmayacaqlar”.
Aparıcı qardaşı qızı Burcu Başoğlu ilə arasında olanlardan da danışıb:
“Onu həyatımda 3 dəfə görmüşəm. Səmimi deyildik. Mənə doğum günlərimdə təbrik etmək üçün zəng edərdi. Qardaşımla da görüşmürdük. Amma həyat yoldaşım onlarla yaxın idi. Burcu bir gün mənə zəng etdi. Dedi ki, səninlə olan görüntüləri mənə ver. 150 min dollar istədi. Təhdid etdi ki, görüntüləri verməsən, mənə təcavüz etdiyini deyəcəm. Sonra bizim fotolar yayıldı. O da pul istəyə bilmədi. Bu xəbərləri də onun yazdırdığını düşünürəm”.
Qeyd edək ki, Muratın qardaşı qızı ilə səmimi görüntüləri yayılmışdı
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.