banner
banner

Sosİal

İnternat tipli məktəblərdə yerləşdirmələrdə problemlər.

İnternat tipli məktəblərdə yerləşdirmələrdə problemlər.

Azərbaycanda fəaliyyət göstərən  təhsil müəsisələrindən biri də internat tipli məktəblərdir.İnternat məktəblərinə dünya təhsil təcrübəsində çox rast gəlinir.İsveç,Norvec Danimarka Rusiya,Törkiyə,ABŞ.......siyahını böyütmək olar. İnternat məktəblərinin təşkilinin əsas səbəbi aztəminatlı ailələrdə doğulan uşaqların təhsildən yayınmasının qarşısını almaq,onların cəmiyyətə, topluma yararlı vətəndaş kimi yetisdirilməsini təmin etmək məqsədi daşıyır.Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 5 may 1994-cü il tarixli 176 nömrəli  “Ümumtəhsil internat məktəblərinin  nümunəvi  əsasnaməsindən bir hissəyə diqqət yetirək:  

 

 Ümumtəhsil internet məktəblərinə aşağıdakılar qəbul olunurlar.

Ümumi tipli ümumtəhsil internet məktəblərinə:

  • çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;
  • tək anaların (ataların) övladları;
  • səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud digər qanuni nümayəndələrin) uşaqları
  • qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar.

Xüsusi ümumtəhsil internat məktəblərinə:

  • hər iki valideynini itirmiş yetim uşaqlar;
  • müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr. Sanator tipli ümumtəhsil internat məktəblərinə:
  • qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;
  • vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;
  • tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.

Bəs bu gün Azərbaycanda fəaliyyət göstərən bütün internat məktəblərində bu qaydalara rəayət olunurmu? Bununla bağlı araşdırmalarımız bizi Sumqayıt şəhəri M.Əsədov adına orta ümumtəhsil internat gimnaziyasına apardı. Belə ki, müraciət zamanı rəhbərlik qısa və konkret halda məktəbdə yer olmadığını deyir.Halbu ki,məktəbdə yetərincə normal ailələrin övladları təhsil alır.

Azərbaycan usaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, Azərbaycanda 9 minə yaxın  şagird internat məktəblərində təhsil alır. İnternat məktəblərinə  dövlət qayğısı mükəmməl şəkildə həyata keçirilir. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Deinstutlasdırma və uşaqların müdafiəsi qurumu bu məsələyə xüsusi nəzarət edir.Təəssüflər olsun ki, sözügedən hallar istisna deyil. Bu  barədə faktlar aidiyyatlı orqanlara çatdırılmalıdır.

Əvvəllər QHT ,halhazırda isə Səhiyyə Nazirliyində çalışan Nabil Seyidov isə suallarımızı cavablandırmaqdan boyun qaçırdı.Belə hal olduqda onlara yox, valideynin məhkəmə orqanlarına müraciət etməsini məsləhət gördü.

Dövlət xətti ilə kimsəsiz , valideyn himayəsindən məhrum  və ya valideyininin birini itirmiş fidanlara ayrılmış haqqın  normal ailələrdə yaşayan uşaqlara verilməsi nə kimi doğrudur? Bununla da belə uşaqlar lazımincə təhsil ala bilmir,cəmiyyətə yararsız şəkildə yetişməli olurlar. Bəlkə də cəmiyyət bu səhv ucbatından neçə həkim, alim,müəllim,bəstəkar  və rəssamı itirir.

Sayt qarşı tərəfin fikirlərini dinləməyə hazırdır.

 Pərvin Abışova.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.