Müğənni Demet Akalının Beykozda yerləşən evi müsadirə olunub. Hadisə vaxtı Demet və həyat yoldaşı Okan Kurt evdə olmayıb. İddialara görə, ikilinin evindən bir neçə əşya götürülüb. Cütlük bu barədə hələ ki, açıqlama verməyib.
Qeyd edək ki, müğənni və həyat yoldaşının 150 milyon lirəyə yaxın borcu olduğu və maaşlarını ala bilməyən işçilər tərəfindən məhkəməyə verildiyi deyilir. Bundan əvvəl də cütlüyə məxsus şirkətə aid olan yük maşınları məhkəmə qərarı ilə müsadirə olunmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.