Ötən gün həyat yoldaşı Okan Kurtla boşanan müğənni Demet Akalın İnstaqram hesabından bir neçə dostunu silib. Axşam.az “Posta”ya istinadən məlumat verir ki, o, müğənni Fatih Ürek, Işın Karaca və Berkayın həyat yoldaşı Özlem Yıldızı izləmədən çıxarıb. Buna səbəb isə boşanma ərəfəsində adıkeçən məşhurların Demete dəstək olmamasıdır.
Qeyd edək ki, ikilinin boşanmasına səbəb evlərinin və şirkətlərinə məxsus maşınların müsadirə olunmasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.