"Möhtəşəm yüzil" serialına bənzədilən "Kösem Sultan" sentyabr ayında başlayacaq. "Cia.az"ın, axşam.az-a istinadən məlumatına görə, tarixi serialın baş rolunda kimin çəkiləcəyi hələ də məlum deyil. Kösem Sultan obrazına uyğun görülən Məryəm Üzərli, Tuba Büyüküstün, Beren Saat və Bergüzar Korel kimi aktrisaların ardından daha bir namizədin adı ortaya çıxıb. Dünyanın ən məşhur serialı "Game of Thrones"da ("Taxt oyunları") çəkilmiş Sibel Kekillinin də son həftələr baş rola çəkiləcəyi xəbərləri yayılıb. Qeyd edək ki, müxtəlif nüfuzlu mükafatlar qazanan Sibel Kekilli fəaliyyətini Almaniyada davam etdirir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.