banner
banner

İdman

"Yuventus" Pirlo ilə müqavilə yeniləyəcəkmi?

"Yuventus" Pirlo ilə müqavilə yeniləyəcəkmi?

"Yuventus" klubu komandanın aparıcı futbolçusu Andrea Pirlo ilə müqavilə yeniləmək istəyir.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun baş meneceri Cüzeppe Marotta açıqlama verib.

Klub rəsmisi Pirlo ilə yeni müqavilə imzalamaq istədiklərini bildirib: "Pirlo "Yuventus"a gəldiyi gündən bəri komandaya böyük faydası olub. Onun müqaviləsi gələn ilin yayında başa çatacaq. Əgər o, karyerasını başa vurmaq istəyərsə, biz bu qərara hörmətlə yanaşacağıq. Lakin Pirlo ilə yeni müqavilə imzalamaq istəyirik".

Qeyd edək ki, cari mövsüm A Seriyasının 15 oyununda meydana çıxan Pirlo 3 dəfə rəqib qapılarına yol tapıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.