banner
banner

İdman

Keyn Messinin rekordunu qırdı

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.


Cia..az Modern.az-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu Norveçin “Vikinq” klubu ilə matçda dubl edərək bu göstəricini 36-ya çatdırıb.33 yaşlı hücumçu buna 40 oyunda nail olub. O, bu göstəricidə Lionel Messini geridə qoyub. Argentinalı ulduz 30 yaşından sonra Çempionlar Liqasında 35 qol vurub.

Keyn daha bir göstəricidə fərqlənib. O, turnirdə ardıcıl 9-cu oyunda qol vuraraq Rud van Nistelroy, Robert Levandovski və Kriştiano Ronaldunun nailiyyətini təkrarlayıb. Bu göstərici üzrə rekord isə ardıcıl 11 matçda fərqlənən Kriştiano Ronaldoya məxsusdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.