Məşhur Hollivud aktyoru Leonardo DiKaprio artıq 2 aydır ki, müğənni Rihanna ilə birlikdədir. DiKaprio indiyə kimi xeyli qadınla sevgili olub.
Axşam.az xarici KİV-ə istinadən aktyorun indiyə kimi sevgili olduğu qadınların siyahısını təqdim edir.
1. Leonardo 1996-cı ildə Keyt Mosslasevgili olub.
2. 1998-ci ildə evli qadın Eva Herziqova ilə münasibətə başlayıb. Eva ona görə ərindən boşandı.
3. DiKaprio model Jizel Bündenxenlə münasibətə başlayaraq “playboy” səviyyəsinə çatdı. Həmin vaxtı aktyorun 26, modelin isə 20 yaşı var idi. Onlar 5 il birlikdə oldular.
4. Jizeldən ayrıldıqdan sonra Las Veqasda 19 yaşında olan Bar Refaeli ilə tanış oldu. Onların münasibəti 5 il davam etdi.
5. Yaraşıqlı aktyor 2011-ci ildə “Gossip Girl” serialı ilə məşhurlaşan 24 yaşlı Bleyk Liveli ilə birlikdə görüntüləndi. Ancaq ciddi münasibət istəməyən gənc qız 6 aydan sonra Leonu tərk etdi.
6. Aktyor bu ayrılığı unutmaq üçün 2 ay sonra amerikalı “Victoria’s Secret” modeli Erin Heathertonla görüşməyə başladı.
7. Ondan ayrılıb alman model Toni Qarnnın ürəyini fəth elədi.
8. Nəhayət, fevral ayında Rihanna ilə eşq macərası başladı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.