banner
banner

Dünya

Kseniya Sobçak: "Rusiyadan getmişəm, çünki..."

Kseniya Sobçak: "Rusiyadan getmişəm, çünki..."
Rusiyanın "Dojd" telekanalının tanınmış aparıcısı Kseniya Sobçak onunla bağlı yayılan məlumatlara aydınlıq gətirib və Rusiya ərazisini tərk etməsinin hansısa təhlükə ilə bağlı olmadığını söyləyib.
Cia.az-ın məlumatına görə, Rusiya mətbuatı yazıb ki, K.Sobçakın Moskvadan səs-küysüz, məcburi yola salınması onun "L'Officiel" jurnalının əyləncə gecəsindən sonra baş verib. 
Televiziya aparıcısının dostlarından biri deyib ki, Kseniya xüsusi xidmət orqanlarının hansısa məsləhəti ilə Rusiyadan gedib. Guya, hətta Sobçakı iki yekəpər mühafizəçi aparıb. Çünki o, Nemtsovun dəfnindən sonra dələduzların təhdidlərinə məruz qalırdı və ona görə də həyatı üçün ehtiyat edirdi.
K.Sobçak isə onun haqqında yayılan xəbərləri qəti surətdə təkzib edib. O, "Dojd" televiziyasına müsahibəsində deyib: "Mən, həqiqətən indi Rusiyada yaşamıram. Amma bu, tamamilə başqa səbəblərlə bağlıdır. Prinsip etibarilə bəzən ölkədən çıxıram. Amma bu, həmişə hansısa təhlükə ilə bağlı deyil. Rusiyadan uzunmüddətli getməyə hazırlaşmıram".


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.