İran hakimiyyəti ölkənin üçüncü böyük şəhəri sayılan İsfahanda qadınlara hücumlarla bağlı hadisəni araşdırır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup cinayətkar hicabı düzgün taxmayan qadınların üstlərinə kislota tökür. Bəzi məlumatlara görə, bununla bağlı 13 hücum qeydə alınıb. Onların qurbanları adətən avtomobil sükanı arxasında əyləşən qadınlar olurlar. Motosikletlə hərəkət edən cinayətkarlar kislotanın qadınların üzlərinə düşməsinə cəhd edirlər. Bundan sonra dərhal hadisə yerindən uzaqlaşırlar. Polis isə insidentlə bağlı iki fakt barədə məlumat verib. Polis nümayəndəsi Hüseyn Aştari bəyan edib ki, belə hücumlarda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
İsfahanın ən nüfuzlu ilahiyyatçısı xoca Məhəmməd Taci Rəhbər bu hücumları ciddi qınayıb. Şəriət qanunlarına görə, qadın başını bağlayarkən saçı görünməməlidir. Ancaq İranda çoxları saçının uclarını hicabdan çıxarmaqla buna dəb aksessuarı kimi yanaşır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.