Sosial mediada aktiv olan müğənni Sərdar Ortaçın model həyat yoldaşı Xloe Louqnan yenə paylaşımı ilə adından söz etdirib. Xloe bu dəfə dekolteli fotosunu izləyicilərlə bölüşüb.
Minlərlə insan tərəfindən bəyənilən şəklə çoxlu şərh yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri "Sərdar açıq-saçıq şəkillərə heç nə demir, bəs, şərhləri də oxumur?", digəri isə "Mən Ortaçın yerinə olsaydım, çox qısqanardım" kimi sözlər yazıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.