Neco özündən 25 yaş kiçik olan arvadı İdil Erge ile ayrılacaqlarını açıqlayıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq məhkəməyə müraciət etdiyini deyən müğənni "Mübahisəli bir proses olacağı üçün nə vaxt bitəcəyi məlum deyil" söyləyib. Neco 2008-ci ildə nikah masasına oturduğu İdili məhkəməyə sentyabrın 8-də verib. İfaçı bir-birilərindən çox istəkləri olduğunu söyləyib.
Müğənni 33 illik arvadı Oya Germandan ayrıldıqdan bir il sonra Erge ilə evlənmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.