Su qiymətinə olan bir yağla - Astma, revmatizm, allergiya, qəbizliyə SON
Gənəgərçək güclü təbii təmizləyici bitkidir. Qədimdən ona " bağırsaqlara ikinci həyat verən" bitki kimi yanaşıb, xəstələri daxildən təmizləmək üçün istifadə edirdilər.
Gənəgərçək yağında çoxlu orqanik təmiz turşular var ki, onlar bağırsağın peristaltikasını yaxşılaşdırır. Bağırsağa düşən gənəgərçəyin təsirindən hüceyrələr aktivləşir, pompa kimi işləməyə başlayır. Bunun sayəsində mədə-bağırsağa qan dövranı yüksəlir, toksiki maddələr sanki süpürülüb orqanizmdən çıxarılır.
Milli.Az medicina.az-a istinadən gənəgərçəklə orqanizmi təmizləməyin metodunu təqdim edir. Yaxşı olar ki, cümə günü başlayasız ki, sonrakı günlər evdə ola biləsiz. Axşam 2 xörək qaşığı gənəgərçək yağı için. İçərkən qaynadılmış su ilə birgə qəbul edin. Arıq insanlar 1 xörək qaşığı, 80-100 kilo arası insanlar 2 xörək qaşığı.
Səhərə yaxın tualetə tez-tez gedə bilərsiz. Şənbə günü səhər 1 xörək qaşığı qəbul edin və həmin gün evdən çıxmayın. 3 saatdan sonra yüngül səhər yeməyi yeyirsiz.
Axşam 20:00-da daha bir qaşıq içirsiz. Yatana kimi 2 dəfə tualetə çağırış olacaq. Bazar günü istirahət verirsiz. Yağ içmirsiz. Evə yaxın yerdə gəzişə, təmiz su içə bilərsiz. Bu təmizlənmə metodunu 3 həftə ardıcıl edin. İldə 2 dəfə təkrar etsəz yetərlidir.
Düzdür, ilk dəfə üçün bu yağın qəbulu orqanizm üçün şok effekti yaradacaq. Xüsusən bədəni toksin, şlakla dolu olanlar üçün. Amma orqanizm 2 sutkaya buna alışacaq. Prosedur günlərində qaraciyəri dəstələmək üçün limondan bol istifadə lazımdır.
Kimlərə bu metod lazımdır: -Allergik xəstəliyi olanlara -Astma, revmatizm, artritlərdə -Dəri problemləri olanlar -Qəbizliyi olanlar -Əsəbi insanlar -Həzm pozğunluğu olanlara
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.