Dünya turu sona çatan müğəni Beyons xeyriyyə konsertində iştirak edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Los-Ancelesdə keçirilən konsertdə ifaçı iki dəfə geyim dəyişib. O, qırmızı xalıda "Elie Saab" markalı dərin sinə dekolteli qara libasda kamera qaşısına keçib. Səhnəyə isə Beyons "Ralph & Russo"dan olan şəffaf parıltılı paltarda çıxıb. Yeni mahnıları ilə tamaşaçıları sevindirən sənətçi uzun yarıqlı libası ilə də göz oxşamağı bacarıb.
Rita Ora, Tiffafi Xaddiş və digər məşhurların iştirak etdiyi konsertdə 6 milyon dollar vəsait toplanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.