Hər səhər 3-4 ədəd qoz yeməyin nə qədər xeyirli və faydalı olduğunu bilirsinizmi?
Milli.Az axşam.az-a istinadən qozun faydaları barədə məlumat verir:
1. Zehni qüvvətləndirir, qavramanı artırır.
2. Tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir. 3. Döş xərçəngi başda olmaqla, bir çox xərçəng növünə tutulma riskini azaldır. Öd daşının meydana gəlməsinin qarşısını alır.
4. Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir.
5. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir.
6. Qozdan əldə edilən yağla üz ləkələrini masaj etsəniz, ləkələr gedər. Bu yağdan qaralmaq üçün də istifadə edilir.
7. Gözaltı qırışların aradan qaldırılmasına da faydalıdır. Üzü nəmləndirir.
8. Qozun yaşıl və ya qəhvəyi rəngli qabıqlarını qaynadıb içmək qanın təmizlənməsinə səbəb olur. Qabıqların qaynadıldığı suyla saçımızı yaxalasaq, saç tökülməsinin qarşısı alınar.
9. Saçları gücləndirir və parlaqlıq verir. Qozun yarpaqları suda qaynadılıb alınan məhlul ilə qarqara edilərsə, ağız qoxusu aradan qaldırılar. Bunu bir dəfə deyil, vaxtlı-vaxtında etməlisiniz.
10. Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.