"Bozun 50 çaları" filminin aktrisası Dakota Conson yeni filmi "Suspiria"nın qala gecəsinə qatılıb. Londonda keçirilən tədbirə 29 yaşlı aktrisa göz qamaşdırıcı libasda gedib.
Gümüş rəngli, pırıltılı, dar libasda olan Dakota eyni zamanda haqqında çıxan hamiləlik xəbərlərinə də cavab vermiş olub. Qırmızı xalıda kameralar önünə keçən Conson şıklığı ilə diqqət mərkəzində olub. Qeyd edək ki, bir müddət əvvəl aktrisanın eşq yaşadığı 41 yaşlı Kris Martinadan hamilə olduğu iddia olunurdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.