XƏBƏRDARLIQ! Tələblərə əməl etməyən reklam yayıcılarını 10 min manatadək cərimə gözləyir
Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq. Tələblərə əməl etməyən reklam yayıcılarını 10 min manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Ərazidə monitorinq aparan Dövlət Reklam Agetliyinin Bakı şəhər Reklam İdarəsinin Estetik nəzarət şöbəsinin müfəttişlərindən biri – Orxan Oruczadə deyib ki, işimizin əsas təməli reklam yayıcıları ilə nəzakətlə ünsiyyət qurub, onları maarifləndirməkdir. Agentlikdə çalışdığı vaxt ərzində işinə böyük məsuliyyətlə yanaşdığını bildirən müfəttiş vəzifəsinin böyük səbr və təmkin tələb etdiyini vurğulayır. Onun sözlərinə görə, öhdəlikləri rahatlıqla icra etmək üçün texniki təchizatla təminat müfəttişlərin işini xeyli asanlaşdırıb. Belə ki, əvvəllər reklam lövhələrinin səthi ənənəvi üsulla ölçülürdüsə, indi məsafədən ölçmə cihazı onların işini rahatlaşdırmaqla yanaşı, vaxta qənaət baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.