“Sürix” - “Bayer” oyununu Əliyar Ağayev idarə edəcək
UEFA Avropa Liqasının A qrupunda “Sürix” (İsveçrə) - “Bayer Leverkuzen” (Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.