Aktrisa Ancelina Coli "Come Away"adlı filiminin çəkilişlərini başa vurduqdan sonra yenidən xeyriyyə işləri ilə məşğul olmağa başlayıb. Aktrisa bu dəfə Peruya 3 günlük səfər edib. O, Venesuelada yaşamağa çətinlik çəkərək Peruya köçən insanları ziyarət edib.
Bu barədə danışan Ancelina deyib: "Danışdığım hər venesuelalı bir faciə ilə üzləşirdi. Eşitdim ki, onkoloji xəstəlikdən əziyyət çəkən və bunu müalicə etdirməyə imkanı olmayan, insulin ala bilməyən neçə-neçə şəkər xəstələri, antibiotiksiz qalan körpələr dünyasını dəyişib. Venesuelalılar kömək istəmirlər. Onlar özlərini idarə edə bilmək üçün şərait istəyirlər".
Coli eyni zamanda Peru prezidenti Martin Viskarra ilə də görüşüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.