banner
banner

Sosİal

Sürücülərə xəbərdarlıq: Maşınları bu yerlərdə saxlamayın!

Sürücülərə xəbərdarlıq:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar: "Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər".

Qeyd edək ki, srağagün axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın aşması və budaqlarının sınması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar ərazidən götürülüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.