Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib
Bakı şəhərində Azərbaycan və Belarus hərbi topoqrafiya üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, ordumuzda mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Tərəflər hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.