Aktrisa illər sonra etiraf etdi - Oğlu əslində qız imiş
Aktrisa Şarliz Teron kanallardan birinə müsahibə verib. Aktrisa açıqlamaları ilə hamını çaş-baş salıb. Belə ki, o, illər əvvəl övladlığa götürdüyü Ceksonun əslində qız olduğunu deyib:
"Hər iki qızıma baxıram və bütün analar kimi mən də onlar üçün narahat oluram. İstəyirəm ki, onlar sağlam və xoşbəxt olsunlar. Onlara görə hər şey etməyə hazıram, hətta öldürməyə də". Qeyd edək ki, Teron 2012-ci ildə Ceksonu, 2015-ci ildə Avqustanı övladlığa götürüb. O, Ceksonun oğlan olduğunu bildirib, lakin həmişə onu qız kimi geyindirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.