Ağ Ev Tunisdə baş verən terror aktını pisləyən bu barədə xüsusi bəyanat yayıb.
ANS PRESS-in məlumatına görə, rəsmi Vaşinqton 22 nəfərin ölümü ilə nəticələnən teraktı qəti şəkildə pisləyərək hadisənin araşdırılmasını qeyd edib. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
“Biz hücum edən şəxsləri, onların niyətlərinin nə olduğunu bilmirik. Həyata keçirilən bu mənfi hərəkət heç də Tunis xalqını qorxuda bilməz” – deyə Ağ Evin bəyanatında vurğulanır.
Qeyd edək ki, ötən gün Tunisin paytaxtında Bardo muzeyində silahlı şəxslərin ziyarətçiləri hədəf aldığı hücum zamanı turistlər də daxil olmaqla, 22 nəfər öldürülüb. Silahlı şəxslərin kimliyi müəyyən edilməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.