Abituriyentlərin nəzərinə: Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı "Açıq qapı" günü elan edir.
Trend-in məlumatına görə, abituriyentlər MDU-nun Bakı filialına 2019-2020-ci il üçün qəbulun şərtləri və qaydaları ilə tanış olmağa dəvət olunur.
Abituriyentlər Moskva Dövlət Universitetinin Bakı filialının Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavrların və magistrlərin tədrisi ilə bağlı hərtərəfli məlumat ala biləcəklər.
"Açıq qapı" günü 3 noyabr 2018-ci il tarixində, saat 14:00-da aşağıdakı ünvanda keçiriləcək:
Bakı şəh., H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında)
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.