banner
banner

Dünya

Sel İranı yudu - Ziyanın həcmi?

Sel İranı yudu - Ziyanın həcmi?

Sel İranın iki rayonuna 400 min dollara yaxın ziyan vurub.

Trend-in məlumatına görə, son 2 sutka ərzində sel nəticəsində İranın Qainat və Zirkuh rayonlarında kənd təsərrüfatına dəyən ziyanın həcmi 16 milyard 340 milyon rialdır (təxminən 389 min 47 dollar).

 

Həmin rayonların qubernatoru Məhəmməd Kərimi deyib ki, sel əsasən su kanalllarını, kənd yollarını dağıdıb, bundan başqa zirinc məhsuluna ciddi ziyan vurub.

Yağıntıların bölgədə cümə gününə qədər davam edəcəyi proqnozlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.