banner
banner

Şou

Məşhur aparıcı həbs edildi

Məşhur aparıcı həbs edildi

Qardaşı qızı Burcu Başoğlu ilə sevgili olma xəbərləriylə gündəmə gələn aparıcı Murad Başoğlu həbs edilib.
Polislər aparıcını Muğlanın Bodrum bölgəsində tutublar. 

Onun həbs edilməsinə səbəb isə keçmiş arvadı Sadiye Hande Bermeki ölümlə hədələməsi və yanındakı dostunu vurması olub. Cütlük arasında küçənin ortasında söz savaşı baş verib. Bu zaman Murad keçmiş arvadının yanındakı dostu Emre Sönmezi vurub. Sönmez və Başoğlu daha sonra xəstəxanaya gedərək həkim müayinəsindən keçib. 

Hadisədən sonra Hande polisə şikayət ərizəsi yazıb. Başoğlu haqqında 6284 saylı “Ailənin qorunması və qadına qarşı şiddətin qarşısının alınmasına dair qanun”a uyğun olaraq 3 aylıq həbs- qətiimkan tədbiri seçilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.