banner
banner

Şou

"Qızımla mülayim olmuram" - Zülfiyyə Xanbabayeva

"Qızımla mülayim olmuram"

“Qızımın xasiyyəti mənimkinə çox oxşayır. Mənim kimi deyingəndir, kaprizlidir. Amma məndən çəkinir. Hamı onu ərköyün edirdi. Deyirdim, bir insandan çəkinməlidir. O da mən oldum”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva “Solo” verilişində qonaq olarkən deyib. Müğənni övladına qoyduğu qadağalardan bəhs edib:
“İnternetə icazə vermirəm. Dərsləri ilə bağlı nəsə lazım olarsa, girə bilər, cizgi filmi izləyər. Dəniz ağıllı qızdır, sərbəstdir. Seçimlərini özü edir. Hər bir şeyi ona həvalə edirəm, çünki əvvəldən istədiyim tərbiyəni vermişəm. Dəniz dünyaya gec gəlib və tək övladdır. İstəmirəm ki, mənə arxayınlaşsın. Həyat çətindir. Özü ayaqüstə durmalıdır, özünə arxayın olmalıdır. Ona izah etmişəm ki, həyat barbilərdən ibarət deyil, çətin üzü də var. Mən qızımla mülayim olmuram. Həyatda arzularım qızımla bağlıdır. Qızımın universitetə gedən gününü görmək istəyirəm. Vaxtilə özüm üçün tənbəllikdən edə bilmədiyimi, bu gün Dəniz üçün reallaşdırıram”.
Efirlərdə az görünən Z.Xanbabayeva verilişlər arasında seçim edir:
“Hər yerə getmək istəmirəm, seçim edirəm. Bu da mənim haqqımdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.