"Real" forma sponsoru "Adidas"la yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni razılığa əsasən, 10 il üçün Madrid klubu ümumilikdə 1 milyard 100 milyon avro (ilə 110 milyon avro) qazanacaq. "Real" çempionluqlar əldə edəcəyi təqdirdə isə məbləğ 150 milyon avroya qədər yüksələcək.
Qeyd edək ki, "Real” hazırkı müqaviləyə əsasən, “Adidas”dan 52 milyon avro gəlir əldə edir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.