Bir müddət əvvəl İnstaqram hesabında bir qadınla fotosunu paylaşan müğənni Mustafa Sandalın sevgilisinin kimliyi bəlli olub. Hər kəs fotodakı qadının aktrisa Ceren Hindistan olduğunu iddia etmişdi. Lakin gerçəklər məlum olub. Belə ki, müğənninin sevgilisinin Ayşəgül Işık adlı gənc qız olduğu ortaya çıxıb.
Işık yayılan xəbərlərdən sonra sosial media hesablarını bağlayıb.
Qeyd edək ki, Sandal bundan əvvəl Emina Yahoviçlə evli idi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.