"Həyatımda heç kim yoxdur, kiminsə olmasını da istəmirəm. Biri olacaqsa, özü gələcək". Bu sözləri müğənni Günel Zeynalova "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Sənətçi sevgilisi olması haqda suallara cavab verib. O bildirib ki, hazırda heç bir sevgi yaşamır:
"Artıq gözləmirəm. Sadəcə, kainata mesaj göndəriəm ki, Allahım, ürəyimə görə ver. İnşallah, yaxşı bir insan qarşıma çıxar".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.