Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "İnter"lə heç-heçə (1:1) oynayan "Barselona" qrupdan çıxmağı vaxtından əvvəl təmin edib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, xallarının sayını 10 yüksəldən kataloniyalılar ardıcıl 18-ci dəfə adını pley-offa yazdırıb. İspaniya təmsilçisi 2002-2003 mövsümündən etibarən hər il qitənin ən nüfüzlu klub turnirində qrupdan çıxmağa nail olub.
Qeyd edək ki, 4 turdan sonra ehtiyatında 10 xal olan "Barselona" 3-cü pillədəki "Tottenhem" (4 xal) üçün əlçatmazdır. Hətta London klubu son iki oyunda maksimum nəticə qazansa belə, bu, ispanların növbəti mərhələyə yüksəlməsinə mane olmayacaq. Qrupda 2-ci pilləni isə 7 xalı olan "İnter" tutur.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb