Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva uzun müddətdir davam edən küsülülüyə son qoyublar.
Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində Xatun danışıb: “Bizi aparıcı Lamiyə Ələkbərova barışdırdı. Düzdür, aramızda şəxsi problemlər olmamışdı. Sənətlə bağlı inciklik var idi. Hər ikimiz tanınmış insanlarıq. Diqqəti sevirik. Çox şükür ki, münasibətləri aydınlaşdırdıq, barışdıq. Zəhmətkeş insanlarıq, məclislərdə tez-tez bir araya gəlirik. Bir-birimizdən pis aura alırdıq. Buna son qoymağımız yaxşı oldu. İndi münasibətimiz normaldır”. Qeyd edək ki, Fatimə və Xatunun küsülülüyünə səbəb rəqqasənin məşhurlarla birlikdə çəkdirdiyi klipi olmuşdu. O, Xatuna ekran işində oynamaq təklifi etsə də, müğənni çəkilişlərə getməmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.