Aktyor Ceym Dornan Hollivudun Nikols-Kenon rayonunda yerləşən evini satıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "mid-century" stilində olan evi "Bozun 50 çaları"nın ulduzu prodüser Vinsent Siberdən satın alıb.
Evdə bəzi dəyişikliklər edən Dornan onu 3,2 milyon dollara satıb. Aktyorun həyat yoldaşı Ameli Uornerlə hərdən dincəlməyə getdiyi villa 4 yataq, 3 vanna otağından ibarətdir. İstirahət üçün evdə fərqli guşə yaradılıb. Evdə böyük hovuz, spa-salon da yerləşirdi.
Aktyor təmiz hava üçün bütün ətrafa güllər və ağaclar əkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.