Müğənni İzzət Bağırov “Onlar” verilişinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, sənətçi gənc ifaçıların ünvanına sərt sözlər səsləndirib: “İki gündür sənətə gəlib, məclisdə özündən böyüyə salam vermir. Nə sənətləri var, nə istedadları, nə də danışıq qabiliyyəti. Yeni gələn uşaqlar kiminsə bostanına daş ataraq gündəmdə olurlar. Bir həftə hamı onlardan danışır: baxdın, dünən filankəs nə dedi? Mahnıları bərbad gündədir. Bu cür gündəmdə qalmaq olmur. Zəmanə elə bizimdir. Oxumayaq ki, dövrümüz gedib? Bizə söz atırlar ki, efirə çıxıb cavab verək, bunlar da məşhurlaşsın. Dostum məni toya dəvət etmişdi. Gənc bir ifaçı oxuyurdu. Ev yiyəsi yaxınlaşdı ki, İzzətə söz ver, ifa etsin. Yarım saat keçdi, susmadı, mikrofonu vermədi. Qorxdu ki, İzzət çıxıb orada nələr edəcək. O insanın adını çəksəm, reklam etmiş olaram. Bir gecədə məşhurlaşar. Bu gün bütün dünya kanallarında müğənni yarışması gedir. Ona görə də, ifaçılar çoxdur. Mənim 40-dan artıq klipim var. Bölgələrdə, kəndlərdə mənim qədər konsert verən olmayıb”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.