Çəkildiyi vaxtdan 1 ay keçsə də izlənmə rekordu qıran “Müslüm” filminin səhnələrindən biri gerçək deyil.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Müslüm Gürsesin atası Mehmet Akbaşın qızı və xanımını öldürdüyü səhnənin həqiqəti əks etdirmədiyi ortaya çıxıb.
29 may 1969-cu ildə Adanada yaşanan hadisədə Akbaş boşandığı xanımı Emine Demirdöveri oğlu Ahmeti ona vermədiyi üçün öldürüb və 20 il həbsdə olub.
Amma baş verənlər həqiqətdə olduğu kimi canlandırılmayıb. Belə ki, filmdə Mehmetin xanımını bıçaqladığı, bələkdə olan qızını isə divara vuraraq öldürdüyü göstərilib.
İddialara görə, Mehmet Akbaşın heç vaxt qızı olmayıb.
Yayılan xəbərlər bağlı filmin rejissoru hələ ki, heç bir açıqlama verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.